Uşaqlarda allergiya və astma niyə artıb?
"Böyük şəhərlərdə yaşayan uşaqlarda allergik xəstəliklərin artması tamamilə gözlənilən haldır. Çünki əhali sıxlığı, avtomobil sayı, hava kirliliyi və ekologiyanın dəyişməsi bu prosesə təsir edir".
Bunu Crossmedia.az-a geniş müsahibəsində həkim, pediatr-allerqoloq Samirə Nağıyeva deyib.
"Bundan başqa, təmizləyici vasitələrin çox istifadəsi, süni və paketlənmiş qidaların artması, gigiyena hipotezi deyilən faktorlar da mühüm rol oynayır. Qarşısını almağın əsas yolu təbii doğuşa üstünlük, ana südü ilə qidalanma, ilk 6 ay düzgün əlavə qidalara keçid, həkim tövsiyələrinə riayət və sağlam qidalanmadır. Qidalanma bu mövzuda ən vacib faktordur", - o bildirib.
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/56759
Elmir
13:50 28.11.2025
Oxunuş sayı: 1169