Uşaqların peyvənd edilməsi təhlükəlidir?
"Valideynlərin narahatlığını normal hesab edirəm. Çünki tibbi təhsili olmayan insanın suallarının olması təbiidir. Burada həkimin əsas vəzifəsi ailəni maarifləndirməkdir".
Bunu Crossmedia.az-a geniş müsahibəsində həkim, pediatr-allerqoloq Samirə Nağıyeva deyib.
"Mən əvvəlcə valideynin narahatlığını dinləyirəm, suallarını öyrənirəm və hər birinə elmi əsaslı izah verirəm. Valideyn sualının cavabını məntiqli və əsaslı şəkildə aldığı zaman peyvəndin faydasını özü görür. Təcrübəmə əsasən deyə bilərəm ki, peyvənddən imtina edən ailələrin təxminən 75 faizini zamanla informasiya və izahla razı salmaq olur. Məqsəd kompromis tapmaq və nəticədə uşağın peyvəndlərini tamamlamaqdır", - o bildirib.
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/56759
Elmir
13:10 28.11.2025
Oxunuş sayı: 1044