Şərurda yük maşını geriyə sürərkən 75 yaşlı qadını vuraraq öldürüb
Şərur rayonunda yük maşını geriyə sürərkən 75 yaşlı qadını vuraraq öldürüb.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Gümüşlü kəndində qeydə alınıb.
Belə ki, 1954-cü il təvəllüdlü Yusif Əliyev idarə etdiyi "MAZ" markalı yük avtomobilini geriyə sürərkən 1950-ci il təvəllüdlü İsmayılova Leyla Hüseyn qızını vurub.
Qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.(Report)
03:30 28.11.2025
Oxunuş sayı: 1062