Pediatrla müsahibə: Süni intellekt valideynlərə çox düzgün tövsiyyələr verir- ANONS
Uşaq sağlamlığı hər bir ölkənin sosial inkişaf göstəricilərindən biri olmaqla yanaşı, həm də gələcək nəsillərin rifahının formalaşmasında mühüm rol oynayır. Erkən yaş dövrü insan ömrünün ən həssas mərhələsi hesab olunur və məhz bu mərhələdə düzgün tibbi nəzarət, sağlam həyat tərzinin təşviqi, profilaktik tədbirlərin vaxtında görülməsi həyati əhəmiyyət daşıyır. Müasir dünyada dəyişən həyat tərzi, ekoloji faktorlar, qidalanma vərdişləri və informasiyanın sürətlə yayılması fonunda pediatriya sahəsinə olan tələbat daha da artmışdır.
Bu məsələlərə aydınlıq gətirmək məqsədilə "Doktor danışır" rubrikası çərçivəsində pediatr-allerqoloq Samirə Nağıyeva Crossmedia.az-a geniş müsahibə verib.
O, uşaqlarda pediatrik problemlərin əsas səbəblərini və bundan qorunmağın yollarını qeyd edib.
Müsahibədən əsas fikirləri təqdim edirik:
"Uşaqların düzgün formalaşmasında valideynlərin rolu müstəsnadır".
"Valideynlər uşaqları nəzarət altında saxlamalıdırlar".
"Süni intellekt valideynlərə çox düzgün tövsiyyələr verir".
Qeyd edək ki, müsahibə yaxın günlərdə saytımızda dərc olunacaq.
Elmir Heydərli
21:43 27.11.2025
Oxunuş sayı: 1851