Honq Konq yanğını ilə bağlı üç nəfər saxlanılıb
Honq Konq polisi Tay Po rayonunda yerləşən yaşayış kompleksində baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən yanğınla bağlı üç şəxsi saxlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılanlar həmin kompleksdə təmir işləri aparan tikinti şirkətinin iki direktoru və bir məsləhətçi-mühəndisdir.
Məlumata görə, yanğın nəticəsində yaralananların sayı 100 nəfərə çatıb, 280 nəfər isə hazırda itkin hesab olunur.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır və polisin əlavə məlumat yayacağı gözlənilir.
21:37 27.11.2025
Oxunuş sayı: 1552