Kreml Tramp planından “Çinə qarşı koalisiya” bəndini çıxarıb
“Trampın sülh planı”nın ilkin Rusiya variantında bir təklif olub, lakin Kremlin sonradan yekun sənəddən tam çıxardığı məlum olub. Məlumata görə, Rusiya elitaları “Çini ABŞ-yə dəyişməyə” hazır idilər, çünki Pekinin mülki iqtisadiyyatda güclənməsi və Qərb şirkətləri getdikdən sonra açılan sahələri ələ keçirməsi onları narahat edirdi.
Crossmedia.az bu barədə The Insider nəşrinə istinadən xəbər verir.
Təklif Asiyanın böyüyən supergücünə qarşı qeyri-rəsmi koalisiya yaradılmasını nəzərdə tuturdu — mənbənin ifadəsi ilə “yeni xristian koalisiyası”. Bu bənd Tramp tərəfdarları üçün hazırlanmışdı, çünki həmin dairələr Ukraynadan çox Çinin cilovlanmasına diqqət yetirilməsi fikrini dəstəkləyir.
Lakin Kreml bu bəndi sənəddən çıxarıb. Çinin Rusiya üçün əsas strateji müttəfiq olaraq qaldığı bir zamanda, Pekinlə münasibətlərdə hər hansı ayrılıq görüntüsünün belə yaranmasına imkan verməmək üçün.
Günel Verdiyeva
20:40 27.11.2025
Oxunuş sayı: 911