Rubio və Vens arasında Ukrayna ilə bağlı ziddiyyət yoxdur – Administrasiya rəsmisi
ABŞ administrasiyası daxilində senator Marko Rubio və senator J.D. Vens arasında Ukrayna məsələsində “iki düşərgə”nin mövcud olması barədə iddiaları təkzib edib.
Crossmedia.az Axios-a istinadən xəbər verir ki, administrasiya rəsmilərinin sözlərinə görə, Rubioya yaxın Ukraynayönlü komanda ilə Vensin Ukrayna əleyhinə mövqeyi arasında ciddi fikir ayrılıqlarının mövcud olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Rəsmilər bildiriblər ki, hər iki tərəf prosess boyunca vahid komanda kimi çalışıb və bu əməkdaşlıq onların Senatdakı dostluq və müttəfiqlik münasibətlərinin davamıdır. Qeyd olunur ki, Rubio və Vensin yüksək vəzifəli işçiləri bir-birinə yaxındır və onların ortaq siyasi məsləhətçisi Endryu Beykerdir.
Mənbələr əlavə edib ki, Rubio 2028-ci il prezident seçkilərində iştirak etməyi planlaşdırmır və bu imkanın Vensə keçməsini normal qarşılayır.
21:46 27.11.2025
Oxunuş sayı: 1103