Gəncədə avtomobil “BakuBus”a çırpıldı: ölən və yaralananlar var
Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az-ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan minik maşını "Baku Bus"a məxsus sərnişin avtobusuna çırpılıb. Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
16:53 27.11.2025
Oxunuş sayı: 1144