“Şimal Axını 2” partlayışında şübhəli ukraynalı Almaniyaya təhvil verilib
Reuters-in Almaniya prokurorluğuna istinadən yaydığı məlumata görə, İtaliya “Şimal Axını 2” boru kəmərinə hücumda şübhəli bilinən ukraynalı Sergey Kuznetsovu Almaniyaya təhvil verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ekstradisiya proseduru başa çatdıqdan sonra Kuznetsov Almaniyaya gətirilib. Prokurorluğun açıqlamasında deyilir: “Təqsirləndirilən şəxs bu gün İtaliyadan gətirilib. Sabah onun Karlsruedəki Federal Ədalət Məhkəməsində hakim qarşısına çıxması planlaşdırılır”.
İstintaqın məlumatına görə, Kuznetsov Baltik dənizində, Danimarkanın Bornholm adası yaxınlığında “Şimal Axını 2” kəmərinə partlayıcı qurğu yerləşdirdiyi iddia edilən qrupun üzvü olmaqda şübhəli bilinir. İstintaq davam edir və Almaniya tərəfi hadisənin bütün detallərinin araşdırılacağını bildirib.
22:08 27.11.2025
Oxunuş sayı: 1211