Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, Quba-Xaçmaz avtomobil yolunun Barlı kəndi ərazisindən keçən hissəsində 31 yaşlı Abbasov Elnur Mehdi oğlu idarə etdiyi motoblok ilə hərəkətdə olan zaman idarəetməni itirib və "Vaz-2107" markalı minik avtomobilinə çırpılıb.
E.Abbasov özünü xilas etmək məqsədi ilə asfalt örtüyünə tullanıb, bu zaman H.Osmanovun idatə etdiyi "Ford Transit" markalı avtomobilin altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.(Report)
20:34 18.11.2025
Oxunuş sayı: 1188