Şəkidə 50 yaşlı kişi qətlə yetirilib, şübhəli şəxs polisə təslim olub
Şəkidə 50 yaşlı şəxs qətlə yetirilib.
Crossmedia.az xəbər verir ki, hadisə bugün axşam saatlarında rayonunun Turan qəsəbəsində baş verib.
Belə ki, 1975-ci il təvəllüdlü Mehman Bayramov kəsici alətlə öldürülüb.
Cinayəti törətməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Sədi Heydərov könüllü şəkildə polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.(Report)
20:06 15.11.2025
Oxunuş sayı: 1039