"Azərsilah"ın Şirvandakı zavodunda partlayış olub, ölən var - RƏSMİ
Bu gün günorta saatlarında "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyinin saytında məlumat yerləşdirilib.
Qeyd edilib ki, qəza nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olub.
Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.
15:30 14.11.2025
Oxunuş sayı: 1336