Azyaşlılarda aqressiyasını necə azaltmaq olar?- Psixoloq açıqladı

"Duyğunu tanıma və ifadə etmə azyaşlılarda aqressiyanın azalmasına şərait yarada bilər. Biz uşağa davranışımızı cümlə şəklində ifadə etməliyik. Məsələn, hazırda əsəbiyəm çünki, sən bu əşyaya zərər vermisən. Biz ilk olaraq duyğumuzu tanıdıq, övladımıza tanıtdıq, bu aqressiyalı davranışını duyğu olaraq əsəbə bərabət olduğunu ifadə etdik, "çünki’’ olaraq da səbəbi izah etdik".
Bunu Crossmedia.az-a geniş müsahibəsində uşaq və yeniyetmə psixoloqu Aysu Həsənova deyib.
"Bu zaman biz övladımıza duyğumuzu tanıdıb ifadə etdik. Artıq uşaq duyğuları tanıyıb fərqinə vardığı üçün bunu daha rahat şəkildə izah edə bilir. Digər bir metod odur ki, uşağın sabit bir rutini olmalıdır. Uşaq stabil bir cədvəl üzərində getdikdə, ani qərarlar almadıqda, ani dəyişikliklər olmadıqda, emosional tarazlığı daha yaxşı olacaq və daha sağlam bir şəkildə özünü ifadə edə biləcək. Digər tövsiyəmiz odur ki, uşaqlar daimi olaraq fiziki oyunlarla aktiv olmalıdırlar. Bəzi dönəmlərdə uşaqlar evdə oturduqları, bədənlərində olan enerjilərini ata bilmədikləri üçün bu, aqressiya olaraq özünü göstərir. Daha sağlam şəkildə bu enerjini tükətərək idmanla, dostları ilə əylənərək keçirərsə, aqressiyası azalar. Bundan əlavə yaradıcı fəaliyyətdən də istifadə edə bilərik. Aqressiv olduqda onu sakitləşdirə biləcəyimiz əyləncələr edərək, rəsmlər çəkərək aqressiyasını idarə edə bilərik. Bu üsullar yalnızca aqressiyanı azaltmır, həm də emosional zəkanı, əl bacarıqlarını inkişaf etdirir və uşaq sosial mühitdə daha fərqli bir şəkildə yol ala bilir", - o bildirib.
Sevinc Yarməmmədova
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/48833
https://crossmedia.az/az/article/48833
13:07 07.10.2025
Oxunuş sayı: 811