KİV: Avropa üçüncü dünya müharibəsinin bir addımlığındadır

Avropa üçüncü dünya müharibəsinin astanasındadır. Hər hansı insident Avropanı dərhal müharibəyə sürükləyə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin “Politico” nəşri xəbər verib. Media subyekti Avropadakı hazırkı gərginliyi Birinci Dünya Müharibəsi öncəsi dövrlə müqayisə edib. Məqalədə bildirilir ki, regionda təhlükəsizlik vəziyyəti kritik həddə çatıb və istənilən təsadüfi insident Avropanı birbaşa müharibəyə cəlb edə bilər.
Analitiklər vurğulayırlar ki, hazırkı geosiyasi mühit son dərəcə gərgindir və böhranlara cavab verməkdə beynəlxalq mexanizmlər zəifləyib. “Politico”-nun yazdığına görə, Qərb dövlətləri bu təhlükəni ciddi qəbul etməli və münaqişənin genişlənməsinin qarşısını almaq üçün koordinasiyalı şəkildə hərəkət etməlidirlər.
Qeyd edək ki, son aylar Rusiya ilə Qərb arasında münasibətlərdə artan gərginlik, o cümlədən Ukraynaya dəstək və NATO-nun şərqə doğru genişlənməsi fonunda bu cür xəbərdarlıqlar daha tez-tez səslənir.
Səriyyə Tağıyeva
15:49 29.09.2025
Oxunuş sayı: 2933