Tokayev: Sosial güzəştlər Qazaxıstanda boşanma sayını artırıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə boşanma hallarının rekord həddə çatmasının səbəbini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Onun sözlərinə görə, “tam olmayan ailələr” üçün nəzərdə tutulan sosial güzəştlər boşanma hallarının artmasına yol açıb:
“Vaxtilə sosial xidmətlər yeni bir kateqoriya — tam olmayan ailələr üçün ödənişlər təsis etdi. Nəticədə boşanmalar kəskin artdı və bu göstəriciyə görə biz dünyanın ‘antiliderləri’ sırasına daxil olduq. Belə halların çox olması tənbəlliyi və asılılığı təşviq edir. Axı niyə işləsinlər ki, demək olar hər bir ailə üzvünə görə sosial yardım almaq mümkündür” — deyə Tokayev bildirib.
Həmçinin prezident vurğulayıb ki, bu yanaşma sağlam ailə dəyərlərinin möhkəmlənməsinə deyil, əksinə, asılılıq meyillərinə səbəb olur.
Fatimə Məmmədova
14:03 29.09.2025
Oxunuş sayı: 2379