KİV: Ukraynanın hücumları Rusiyanın neft-qaz sənayesinə 100 milyard dollarlıq ziyan vurub

Ukraynanın enerji sektoruna endirdiyi zərbələr Rusiyaya 100 milyard dollarlıq iqtisadi itkiyə səbəb olub. Crossmedia.az xəbər verir ki, bu barədə B.Britaniyanın “The Sun” nəşri yazıb.
Hərbi ekspert Filip İngrem hesab edir ki, bu hücumlar Rusiya prezidenti Vladimir Putinin “hərbi maşınını” zəiflədir və müharibəni adi rusiyalılar üçün daha hiss olunan hala gətirir: yanacaq qiymətlərinin artması və yanacaqdoldurma məntəqələrindəki fasilələr insanların gündəlik həyatına birbaşa təsir göstərir.
Onun sözlərinə görə, neft sənayesinə zərbələr ciddi yanacaq qıtlığı yarada və Moskvanın döyüş əməliyyatlarını davam etdirmək imkanlarına böyük təzyiq göstərə bilər.
Tağıyeva Səriyyə
13:56 29.09.2025
Oxunuş sayı: 2952