Zelenski Avropaya xəbərdarlıq edib

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya dronlarının Polşaya qarşı istifadəsi təkcə polyaklara deyil, bütün Avropaya bir xəbərdarlıqdır.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat verib.
“Rusiya dronları daha uzun məsafələr qət edə bilir. Bu artıq Rusiyanın çoxdan davam edən müharibəsidir - onun ambisiyalarının, imkanlarının, büdcəsinin müharibəsi. Bu o deməkdir ki, Rusiya nefti, qazı, uranı və digər resursları Putin (red: Rusiya dövlət başçısı Vladimir Putin) üçün pul gətirir və onun müharibəsini maliyyələşdirir”, - deyə Zelenski axşam müraciətində vurğulayıb.
Nigar Rəhimova
21:11 13.09.2025
Oxunuş sayı: 646