Pakistanda “tarixin ən böyük seli” qeydə alındı: 97 nəfər öldü, milyonlarla insan köçürüldü

Pakistanda, Pəncab əyalətində baş verən güclü daşqınlarda azı 97 nəfər həyatını itirib, təxminən 2,4 milyon sakin təxliyə edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə yerli "DAWN" qəzeti məlumat yayıb.
Təbii fəlakət nəticəsində 4,5 mindən çox kənd su altında qalıb, təxminən 2 milyon baş mal-qara xilas edilib. Zərərçəkmiş bölgələrdə elektrik və rabitə kəsilib, yardım isə pilotsuz uçuş aparatları vasitəsilə çatdırılır.
Ümumilikdə iyunun sonundan bəri ölkədə 950-dən çox insan ölüb, 8,4 mindən çox ev dağılıb.
21:03 13.09.2025
Oxunuş sayı: 1049