Azərbaycanda meyvə-tərəvəz konservləri istehsalı 1 %-dən çox azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 2 milyon 789,8 min dekalitr meyvə şirəsi istehsal edilib.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur.
Bundan başqa, hesabat dövrünə Azərbaycanda 112 min 991,2 ton meyvə-tərəvəz konservləri istehsal edilib ki, bu, 1 il əvvələ nisbətən 1,3 % azdır.
Sentyabrın 1-nə ölkədə 476,6 min dekalitr meyvə şirəsi ehtiyatı, 23 min 184,8 ton isə meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb. Bu da, illik müqayisədə müvafiq olaraq 21,9 % və 2,8 % azdır.
Hesabat dövründə Azərbaycanda 3 milyard 408,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 10,8 % çoxdur.
12:01 13.09.2025
Oxunuş sayı: 726