Tramp: Tokayevlə əla söhbət etdim

ABŞ Prezidenti Donald Tramp Qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə gözəl söhbət etdiyini və ölkəyə səfər ehtimalını istisna etmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Tramp jurnalistlərin Astanaya mümkün səfərlə bağlı sualını cavablandırarkən:
“Mən bunu edə bilərəm”, – deyə cavab verib.
Amerika lideri həmkarı barədə danışarkən əlavə edib: “Əla söhbət etdik, prezidentinizə salam deyin, yaxşı insandır”.
Tramp bu açıqlamanı ABŞ Açıq tennis çempionatının kişilər arasında finalına yola düşməzdən əvvəl Cənubi Qazonda jurnalistlərə verib.
23:10 07.09.2025
Oxunuş sayı: 865