Prezident Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan edib

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan edib.
Crossmedia.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, ABŞ lideri Ağ Evdə çıxışı zamanı bu barədə danışıb.
"Bəli, hazıram", – deyə Tramp Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazır olub-olmadığı ilə bağlı suala cavab verərkən deyib, lakin təfərrüatlara varmayıb.
Bundan əvvəl "The New York Times" nəşri ABŞ-nin maliyyə naziri Skott Bessentə istinadla yazmışdı ki, Vaşinqton Moskvaya iqtisadi təzyiqləri gücləndirməyə hazırdır, lakin bunun üçün avropalı müttəfiqlərin dəstəyi vacibdir.
Qeyd edək ki, sentyabrın 7-nə keçən gecə Rusiya Ukraynaya genişmiqyaslı hücum həyata keçirib. Ukrayna KİV-lərinin məlumatına görə, hücum zamanı rekord sayda dron və raket buraxılıb, Ukrayna Nazirlər Kabinetinin binası da zərər görüb.
21:21 07.09.2025
Oxunuş sayı: 768