Yəməndən atılan dron İsraildə hava limanına ziyan vurdu

İsrail ordusunun məlumatına görə, Yəməndən ölkə istiqamətində üç pilotsuz uçuş aparatı (PUA) buraxılıb. Onlardan ikisi sərhədi keçmədən vurulub, lakin biri Eylat yaxınlığındakı Ramon hava limanı ərazisinə düşüb.
Crossmedia.az İsrail mətbuatına istinadən xəbər verir ki, insident nəticəsində hava limanının sərnişin terminalı zədələnib, bir neçə nəfər isə yüngül xəsarət alıb.
Ordunun bildirdiyinə görə, hadisə ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib.
18:10 07.09.2025
Oxunuş sayı: 677