Kamçatkada yanacaq qıtlığı yaranıb

Kamçatkada yanacaq qıtlığı o həddə çatıb ki, sakinlər polisə şikayətlər yazmağa başlayıblar.
Crossmedia.az xəbər verir ki, hazırda Primorsk və Zabaykalsk diyarlarında, İrkutsk vilayətində və Krımda da yanacaq qıtlığı müşahidə olunmaqdadır.
Bütün bunlar Rusiyanın neft emalı zavodlarına davam edən dron hücumları və benzinin bahalaşması fonunda baş verir.
Xatırladaq ki, Ukraynanın zərbələri nəticəsində Rusiyanın neft emalının 20%-i sıradan çıxarılıb. Rusiyanın refinar gücü 5.1 milyon tona qədər azalıb. Ukrayna 120 kq TNT-nin PUA-la inteqrasiya etdikdən sonra Rusiya neft terminallarına qarşı daha effektiv olub.
14:39 07.09.2025
Oxunuş sayı: 1195