Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq, dolu düşəcək - PROQNOZ

Sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli
Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə havanın temperaturu gecə 20-24° isti, gündüz
27-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət
gecə 70-75 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əksər rayonlarda əsasən
yağmursuz olacağı gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə
yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli
leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə
duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 28-33° isti,
dağlarda gecə 9-14° isti, gündüz 16-21° isti olacaq.
13:03 07.09.2025
Oxunuş sayı: 1261