Yaponiya Fələstini tanıya bilər

Yaponiya hökuməti rəsmən Fələstin dövlətini tanıya bilər.
Bu barədə Crossmedia.az Yaponiya KİV-inə istinadən xəbər verir.
Məlumata görə, Tokio öz mövqeyini 22 sentyabrda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında açıqlamağı planlaşdırır.
Yaponiyanın Nazirlər Kabinetinin Katibi Hayasi mətbuat konfransında bildirib:
“Biz belə bir addımın vaxtını və formasını müəyyən etmək üçün hərtərəfli analiz aparacağıq.”
Eyni zamanda, Yaponiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Fələstinin tanınması ABŞ ilə münasibətlərdə gərginlik yarada və İsrailin mənfi reaksiyasına səbəb ola bilər.
Niyaz Hacıyev
14:37 06.09.2025
Oxunuş sayı: 1029