TƏCİLİ: Polşa Belarusdakı vətəndaşlarına çağırış etdi - Ölkəni tərk edin

Polşa Xarici İşlər Nazirliyi Belarusiyadakı vətəndaşlarına müraciət edib. Müraciətdə onlara istənilən vasitə ilə mümkün qədər tez müddətdə ölkəni tərk etməklə bağlı çağırıș edilir.
Crossmedia.az xəbər verir ki, bəyanatda bildirildiyinə görə "vəziyyət pisləşərsə, evakuasiya xeyli çətinləşə və ya hətta qeyri-mümkün ola bilər". Polşa XIN hansı vəziyyətin nəzərdə tutulduğu ilə bağlı aydınlıq gətirmir.
14:26 06.09.2025
Oxunuş sayı: 1194