İranlı ekspert ABŞ-nin Qafqazdakı mövcudluğunu hədəfə aldı

Daim anti-Azərbaycan mövqeyi ilə tanınan iranlı siyasi şərhçi Ehsan Movəhhediyan erməni mediasına verdiyi müsahibədə ABŞ-nin Qafqazdakı fəaliyyətini sərt tənqid edib və açıq şəkildə Ermənistanı müdafiə edib.
Crossmedia.az-ın məlumatına görə, Movəhhediyan bildirib ki, “İran və Ermənistan qonşudur. Əgər Ermənistan sərhədlərinin mühafizəsi və təhlükəsizliyi ilə bağlı problem yaşasa, İran dost və müttəfiq kimi bu ölkəyə lazım olan zəmanətləri verəcək”.
O, Amerikanın bölgədəki mövcudluğunu təhdid adlandıraraq qeyd edib ki, Vaşinqton Ermənistanın təhlükəsizliyini qorumaq üçün deyil, əksinə, sabitliyi pozmaq və bu ölkəni İran, Rusiya və Çinin maraqlarına qarşı alətə çevirmək üçün gəlib.
Movəhhediyan iddia edib ki, ABŞ erməni cəmiyyətində parçalanma yaratmağa çalışır. Onun sözlərinə görə, “İranın qırmızı xətti Ermənistanla sərhədi qorumaqdır və burada ABŞ-ın iştirakına ehtiyac yoxdur. Əgər ABŞ fəaliyyət dairəsini genişləndirsə, İran mütləq reaksiya verəcək”.
14:12 06.09.2025
Oxunuş sayı: 800