Azərbaycan və Argentina investisiya imkanlarını artırır

Azərbaycan və Argentina arasında investisiya imkanlarının artırılması müzakirə olunub.
İqtisadiyyat Nazirliyindən Crossmedia.az-a verilən məlumata görə, bununla bağlı müzakirələr nazirin I müavini Elnur Əliyevlə Argentinanın ölkədəki səfiri Marianxeles Belluşi ilə görüşdə aparılıb.
Görüşdə investisiya, nəqliyyat-tranzit, texnologiya və digər istiqamətlərdə əməkdaşlığın inkişafı müzakirə edilib.
Ölkələr arasında iqtisadi sahədə hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb. İnvestisiya, nəqliyyat-tranzit, texnologiya, kənd təsərrüfatı sahələri tərəfdaşlığın əsas prioritet istiqamətləri kimi diqqətə çatdırılıb. Həmçinin, iqtisadiyyatın müxtəlif sahələrində təcrübə mübadiləsi və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
12:50 28.08.2025
Oxunuş sayı: 931