Mariya Zaxarova Avropada gərginliyin artmasından danışdı
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqının Rusiya ilə qarşıdurma siyasətinin Aİ ölkələrində və bütövlükdə birlikdə problemləri daha da dərinləşdirəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Zaxarova bu barədə keçirdiyi brifinqdə danışıb.
Onun sözlərinə görə, Aİ nümayəndələri Rusiyanı heç bir sübut olmadan “hibrid hücumlar”da ittiham etməklə cəmiyyətin diqqətini öz ölkələrindəki problemlərdən yayındırmağa çalışırlar.
Zaxarova bildirib ki, Moskva Yaxın Şərqdə vəziyyətin normallaşdırılması və Hörmüz boğazında gəmiçiliyin bərpasına kömək edə biləcək səyləri dəstəkləməyə hazırdır.
Rusiya XİN sözçüsü Ukraynadakı böhranın nizamlanmasına kömək edə biləcək təşəbbüsləri də yüksək qiymətləndirib. O, bu çərçivədə ABŞ-nin Alyaskada irəli sürdüyü təklifləri qeyd edib.
Zaxarova ABŞ-nin Baltikyanı ölkələrdə qoşun yerləşdirmək planlarına da münasibət bildirib. Onun sözlərinə görə, əlavə NATO kontingentlərinin yerləşdirilməsi Avropada gərginliyin azaldılması ilə bağlı bəyanatlara ziddir və Moskva bunu eskalasiya kimi qiymətləndirir.
Zaxarova həmçinin Almaniya kansleri Fridrix Merzlə bağlı korrupsiya ittihamı irəli sürüb. O, Merzin Ukraynada korrupsiya sxemlərinin iştirakçısı olduğunu və onun Kiyevə son səfərinin məqsədinin vəsaitlərin gələcək bölgüsünü müzakirə etmək olduğunu iddia edib.
19:28 08.10.2026
Oxunuş sayı: 54