Neft zavoduna hücum xəbəri şəhərdə təşviş yaratdı
Rusiyanın Omsk şəhərində siren və partlayış səslərinin eşidilməsindən sonra sakinlərin yanacaqdoldurma məntəqələrində növbələr yaratdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, “Exilenova+” bu barədə məlumat yayıb.
Məlumata görə, bundan əvvəl Omsk Neft Emalı Zavoduna hücum edildiyi barədə məlumat yayılıb. Ukraynanın “Fire Point” şirkəti zərbənin onun istehsal etdiyi dronlarla həyata keçirildiyini bildirib.
“Gazpromneft-ONPZ” Omsk şəhərində yerləşən və Rusiyanın ən iri neft emalı müəssisələrindən biri hesab olunan zavodlardan biridir. Müəssisə “Gazprom Neft” şirkətinin strukturuna daxildir.
19:04 08.10.2026
Oxunuş sayı: 54