NDU-ya yüksək bal toplayaraq qəbul olan tələbələrin sayı 4 dəfə artıb

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin seçimində Naxçıvan Dövlət Universiteti ön sıralarda yer alıb. Naxçıvan Dövlət Universitetinə yüksəkballı qəbul sayında dəfələrlə artım qeydə alınıb.
Crossmedia.az-ın məlumatına görə, universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, 2025-2026-cı tədris ilində 600 baldan yuxarı nəticə göstərərək NDU-ya qəbul olan tələbələrin sayı 4 dəfə artaraq 152 nəfərə çatıb. Bu göstərici əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir. Xatırladaq ki, 2024-2025-ci tədris ilində bu rəqəm 41 nəfər idi.
Məlumat üçün bildirək ki, müxtəlif ixtisas qrupları üzrə 600-dən yuxarı bal toplayan abituriyentlər NDU-nun “Hüquqşünaslıq”, “Tibb”, “Dövlət və ictimai münasibətlər”, “Kompüter mühəndisliyi” və digər ixtisaslarda təhsil almaq imkanı əldə ediblər. Həmçinin 600 baldan yuxarı nəticə göstərən abituriyentlər arasında NDU-nun “Riyaziyyat müəllimliyi” ixtisasını seçən tələbələr də yer alır.
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olunanlar avqustun 28-dən sentyabrın 8-dək (saat 18:00-dək) elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər.
15:34 27.08.2025
Oxunuş sayı: 796