Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması İsrailin marağındadır

“Məncə, Azərbaycanla Ermənistanın sülh sazişini paraflaması gələcəyə doğru qocaman və müsbət bir addımdır. Bu addım regiona rifah və stabillik gətirəcək. Həmçinin, tərəflər arasında etimad yaradılmasına öz töhfəsini verəcək”.
Crossmedia.az xəbər verir ki, bunu İsrail Dövlətinin Azərbaycana
yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszun APA-ya
müsahibəsində deyib.
Səfir xatırladıb ki, həm İsrail Baş naziri Benyamin
Netanyahu, həm İsrail Prezidenti Herzoq tərəfləri bu münasibətlə təbrik edib.
“Bizim bu məsələyə töhfəmizə gəldikdə isə, bilirsiniz ki,
İsrailin ABŞ və Azərbaycanla münasibəti həddindən artıq yaxın və stratejidir.
Əlbəttə, İsrailin marağındadır ki, bu ölkələr arasında da yaxşı əlaqələr olsun.
Biz tərəflərin görüşünə təvazökarlıqla kömək və dəstəyimizi göstərmişik. Şadam
ki, bu sahədə nəticə uğurlu alınıb. İnanıram ki, gələcəkdə daha böyük nailiyyətlər
əldə olunacaq”, - səfir vurğulayıb.
22:25 26.08.2025
Oxunuş sayı: 797