Fransada şagird etirazları böyüyür: saxlanılanların əksəriyyəti yeniyetmələrdir
Fransada lisey şagirdlərinin etiraz aksiyaları başlayandan bəri 6 877 nəfər saxlanılıb, onların 86 faizi yetkinlik yaşına çatmayanlar olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Fransa Ədliyyə Nazirliyinin rəsmi saytında yayımlanan açıqlamada bildirilib.
Məlumata əsasən, saxlanılanlardan 2 376 nəfər barəsində hüquqi prosedurlara başlanılıb, onlardan 1 547-si hakim qarşısına çıxarılıb.
Yetkinlik yaşına çatmayan 6 nəfər də daxil olmaqla, ümumilikdə 21 nəfər həbs edilib. Daha 1 897 nəfər barəsində isə müəyyən ictimai yerlərdə olmağın qadağan edilməsi və ya ödənişsiz ictimai işlərə cəlb olunma kimi tədbirlər görülüb. Digər saxlanılan şəxslərin vəziyyəti barədə əlavə məlumat verilməyib.
Fransada təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə sentyabrın 17-də başlayan lisey şagirdlərinin etirazları müxtəlif ictimai qrupların dəstəyi ilə bir çox şəhərə yayılıb. Aksiyalar zamanı 1 000-dən çox insanın yaralandığı bildirilir.
Etirazlar çərçivəsində polis zorakılığı ilə bağlı azı 21 araşdırma başladılıb.
04:15 10.10.2026
Oxunuş sayı: 51