Kənd yumurtası bahalaşdı - Qiymət artımı nə qədər davam edəcək?
Bazar və marketdə kənd yumurtası bahalaşıb. Əvvəllər 20-30 qəpiyə satılan kənd yumurtasının qiyməti son günlər artaraq 35-45 qəpiyə çatıb.
Qiymət artımının nə qədər olduğunu və bunun səbəblərini araşdırmaq üçün bazarlara baş çəkdik. Müşahidələrimiz zamanı kənd yumurtasının bazarlarda əsasən 40-45 qəpiyə, marketlərdə isə təxminən 35 qəpiyə satıldığını gördük.
Satıcıların sözlərinə görə, bahalaşma xüsusilə son bir ay ərzində özünü göstərib. Onlar qiymət artımının əsas səbəblərindən birinin havaların soyuması olduğunu bildirirlər. Alıcılar isə qiymət artımından narazıdır.
Qiymət artımı ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Crossmedia-ya bildirib ki, payız və qış aylarında yumurta istehsalının azalması, tələbatın isə yüksək qalması qiymətlərin artmasına səbəb olur.
Ətraflı Crosmedia-nın videomaterialında:
Məhəbbət Tərlanoğlu
Nuray Oqtayqızı
16:40 09.10.2026
Oxunuş sayı: 208