BDU-ya qəbul olanların 496 nəfəri 600-dən yuxarı bal toplayıb

2025/2026-cı tədris ili üzrə Bakı Dövlət Universitetinə (BDU) ilkin olaraq qəbul olan 5460 nəfərdən 496-sı 600-dən çox, 930-u 500-600 arası bal toplayıb.
BDU-dan Crossmedia.az-a bildirilib ki, ən yüksək nəticəni isə 697.5 balla hüquqşünaslıq (tədris ingilis dilində) ixtisasına qəbul olan Çiçək Hümmətli göstərib.
15:17 26.08.2025
Oxunuş sayı: 710