Lisey və gimnaziyalara seçim prosesinin nəticələri açıqlanıb

Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara seçim prosesinin nəticələri açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, nəticələrə uyğun olaraq qəbul olan şagirdlər üçün sistemdə avtomatik sorğular yaradılıb.
Valideyn və ya qanuni nümayəndələr övladlarının şəxsi işlərini 20 avqust tarixindən başlayaraq 25 avqust saat 12:00-dək şagirdin qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməlidirlər. Qeyd olunan müddət ərzində sənədlər təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılacaq və müvafiq sorğu sistemdən silinəcəkdir.
Qeyd edək ki, sənəd qəbulu üçün son müraciət tarixi 25 avqust, saat 12:00-dır.
Şəxsi işlərin təhvil verilməsi zamanı valideyn və ya qanuni nümayəndə şəxsi kabinetdən elektron ərizəni çap edərək imzalamalı və şagirdin çıxdığı məktəbə təqdim edərək, şagirdin sənədlərini almalı və cari müəssisəyə təqdim etməlidir.
12:11 20.08.2025
Oxunuş sayı: 879