Rektor: "Müasir Azərbaycan gəncləri xarici dillərə böyük maraq göstərir "

Müasir Azərbaycan gəncləri xarici dillərə böyük maraq göstərir.
Crossmedia.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimində çıxışı zamanı deyib.
Rektor qeyd edib ki, ingilis, alman dilləri ilə yanaşı, gənclər artıq ərəb dilinə də böyük maraq göstərir:
"BDU olaraq ərəb dilinin inkişafına, ərəb ölkələri ilə qarşılıqlı fəaliyyətə xüsusi yanaşırıq. Ərəb dili dünyanın ən zəngin dillərindən biridir. Bu dil həm də sivilizasiyanın daşıyıcılarından biridir. Azərbaycan xalqının ərəb dili ilə əlaqəsi qədim dövrlərə dayanır".
11:45 18.08.2025
Oxunuş sayı: 680