Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqləyib

Rusiya ordusu avqustun 17-də Ukrayna ərazisinə pilotsuz uçuş aparatları və raketlər buraxıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat verib.
Məlumata görə, Odessada Rusiya istehsalı olan “Şahed” dronları “Nova Poçta”nın terminallarından birinə və SOCAR şirkətinə məxsus yanacaqdoldurma məntəqəsinə zərbə endirib.
Neft bazasının ümumi tutumu 16 min kubmetrdən çoxdur.
Pərvin Hacıyeva
09:58 18.08.2025
Oxunuş sayı: 774