SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə davam edir

SABAH qruplarının bakalavriat və magistratura səviyyələrində 2025/2026–cı tədris ilinin payız semestri üçün müvafiq ixtisaslar üzrə fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti saathesabı qaydada işə dəvət olunur.
Crossmedia.az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müsabiqədə iştirak üçün son müraciət tarixi 20 avqust saat 23:59-dur.
Müsabiqə barədə ətraflı məlumatı https://sabah.edu.az/ ünvanına daxil olaraq xəbərlər bölməsindən əldə edə bilərsiniz.
10:10 15.08.2025
Oxunuş sayı: 1357