Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllimlərin işə qəbulu prosesinə start verilir

Məktəbəqədər təhsil müəssisələrinə peşəkar kadrların cəlb edilməsi daim diqqət mərkəzində saxlanılır. 2022 və 2023-cü illərdə məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vakansiyası üzrə keçirilən müsabiqələr nəticəsində 850 nəfər ixtisaslı kadr işə qəbul olunub. Növbəti müsabiqənin isə 22 avqust 2025-ci il tarixində keçirilməsi planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, 29 iyul – 4 avqust tarixlərini əhatə edən sənəd qəbulu prosesi bitib. Müvafiq vəzifə üzrə 7027 nəfər müraciət edib və 5000-ə yaxın ərizə təsdiq edilib. Hazırda ölkə üzrə tərbiyəçi-müəllim vəzifəsi üzrə 400-ə yaxın vakant yer mövcuddur.
Müsabiqəyə təqdim olunan çərçivə sənədi 60 sualdan ibarətdir. Bu suallar məktəbəqədər təhsil üzrə məzmun və metodika, pedaqoji və psixoloji yanaşmaları əhatə edir. Namizədlər bu sənədlə ARTİ-nin (Azərbaycan Respublikasının Təhsil İnstitutu) rəsmi internet səhifəsində tanış ola bilərlər.
12:22 12.08.2025
Oxunuş sayı: 824