Jurnalist olmaq istəyən 1071 abituriyent qabiliyyət imtahanı verəcək

Dövlət
İmtahan Mərkəzi avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin
jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət
imtahanı keçirəcək.
Crossmedia.az
xəbər verir ki bu barədə DİM məlumat yayıb.
Məlumata
görə bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə
anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı
verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.
İmtahanda
1071 abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahan
Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran,
Şəki, Bərdə, Göyçay, Şirvan və Xaçmaz şəhərlərində təşkil olunacaq.
İmtahanda
iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet
saytından çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər
(rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə
vaxtı qeyd olunub. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş
kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi
ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri
məlumatlar çatdırılır.
İmtahan
saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.
İmtahanın
başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır.
Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İştirakçıların
imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları
müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək
tövsiyə olunur.
Abituriyentlər
imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
-
İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti
təsdiq edən sənədin əsli:
a) Azərbaycan
Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil
olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş
icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə
üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət
vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi
tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa
iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
09:38 01.08.2025
Oxunuş sayı: 1087