Ukrayna səfiri: Azərbaycanın bizə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk

"Biz
Ukraynada Azərbaycanın ölkəmizin suverenliyi və ərazi bütövlüyünə əsaslanan
mövqeyini, habelə bizə göstərdiyi dəstəyini yüksək qiymətləndiririk".
Crossmedia.az
xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Husev məqaləsində
yazıb.
O
qeyd edib ki, iki dövlət arasında əməkdaşlıq özünü energetika, ticari-iqtisadi
və humanitar, eləcə də strateji tərəfdaşlığın müxtəlif sahələrində özünü aydın
şəkildə göstərir:
"Bu
gün biz Azərbaycan və digər beynəlxalq tərəfdaşlarla birlikd ədalətli sülh və təhlükəsizlik
hüququ uğrunda mübarizə aparırıq. Ölkələrimizi məhz beynəlxalq münasibətlərdə
formalaşan yeni reallıqlar şəraitində təkcə gücün deyil, tərəfdaşlarımız və
xalqımız qarşısında səmimi olmanın da vacibliyi anlamağımız birləşdirir".
Diplomat
Rusiya ilə müharibəyə də toxunub. Vurğulayıb ki, Ukrayna humanitar hüquqa tam şəkildə
riayət edir:
"2024-cü
ilin dekabrında Müdafiə Nazirliyi bununla bağlı hesabat təqdim edib. Könüllülük
xarakteri daşıyan və analoqu olmayan bu milli sənəddə beynəlxalq humanitar
hüquqa riayət olunması 50-dən çox praktik nümunə ilə göstərilib. Eyni zamanda
mülki əhalinin döyüş əməliyyatları zonasından təxliyəsi, onların məlumatlandırılması
yolları da hesabatda öz əksini tapıb. Bütün bunlarla birlikdə sənədin mətnində əsirlərlə
humanitar səviyyədə davranışın örnəkləri də yer alıb. Biz müharibə aparsaq da
işğalçının səviyyəsinə enmirik. Piyada əleyhinə minalardan məhdud həcmdə və
yalnız müdafiə məqsədilə istifadə edilməsi də daxil olmaqla, bütün beynəlxalq
hüquqa və BMT-nin Nizamnaməsinə əsaslanır. Etiraf etməliyik ki, bu gün
Ukraynanın qarşısında ekzistensional çağırışlar dayanıb. Piyada əleyhinə
minalardan istifadə bizə xüsusilə də Şimali Koreya kimi üçüncü ölkələrdən düşmən
tərəfin ardı-arası kəsilməyən həmlələri qarşısında işğalçıya qarşı effektiv
müdafiə məsələsində bizə effektiv müdafiəni həyata keçirməyə imkan verir".
Səfir
Ukrayna tərəfindən piyada əleyhinə minalar haqqında Ottava Konvensiyasının qüvvəsinin
dayandırılmasına da münasibət bildirib:
"Bu
qərar məcburi olsa da bizi terrorçu dövlətin sürüklədiyi müharibə şəraitində
atılmalı olan zəruri bir addımdır" - diplomat yazıb.
20:47 31.07.2025
Oxunuş sayı: 1388