Azərbaycan və İran arasında kommersiya gəmilərinin hərəkəti bərpa edilib

İranın
Astara limanında çöküntülər səbəbindən uzun müddət dayandırılmış ticarət gəmilərinin
hərəkəti bərpa edilib.
Crossmedia.az
"Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, İranın Yol və
Şəhərsalma Nazirinin müavini, Limanlar və Dənizçilik Təşkilatının rəhbəri Səid
Rəsuli bildirib ki, Azərbaycandan ilk kommersiya gəmisi artıq Astara limanına
yan alıb. Tikinti materialları daşıyan, 1 600 ton yükgötürmə qabiliyyətinə
malik gəmi limana uğurla çatıb.
Məlumata
əsasən, ötən ildən Xəzər dənizində su səviyyəsinin azalması və limanın giriş
kanalında yığılan çöküntülər gəmilərin hərəkətini çətinləşdirib. Bu səbəbdən
aprel ayından dibdərinləşdirmə işlərinə başlanılıb və indiyədək 150 min kubmetr
çöküntü çıxarılıb.
S. Rəsuli
qeyd edib ki, limanın fəaliyyətinin bərpası İranın Xəzər dənizindəki ticarət və
nəqliyyat potensialını artıracaq, eyni zamanda bölgədə liman infrastrukturunun
inkişafına töhfə verəcək.
18:25 31.07.2025
Oxunuş sayı: 1272