Azərbaycanda nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırılıb

Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısında dəyişiklik edilib.
Crossmedia.az-ın məlumatına görə, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.
Dəyişikliyə əsasən, “Fabhalta/Fabhalta” dərman vasitəsi həmin siyahıya əlavə edilib. Bununla da siyahıda yer ala dərmanların sayı 124-ə çatıb.
21:19 30.07.2025
Oxunuş sayı: 1420