Sabiq deputat: “Azərbaycan əsl müstəqilliyin nə olduğunu göstərdi”

Rusiya Dövlət Dumasının keçmiş deputatı Oleq Şeyin bildirib ki, Bakı ilə Moskva arasındakı gərginlik indi yumşaq mərhələyə keçib. Onun sözlərinə görə, hərbi müdaxilə gözlənilmir, çünki Kremlin diqqəti Ukraynaya yönəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat verib.
Şeyin əlavə edib ki, Rusiyanın Azərbaycana qarşı iqtisadi təzyiq imkanları da çox azdır:
" Azərbaycandakı xarici investisiyaların cəmi 6,5%-i Rusiyadandır. Ermənistanda bu rəqəm 70%-dir. Azərbaycanın Rusiyaya ixracı ümumi ticarətinin 3,5%-ni təşkil edir, Gürcüstanda isə bu göstərici 48%-dir. Azərbaycan Rusiyaya 1,2 milyard dollarlıq məhsul satır, əvəzində 3,6 milyard dollarlıq məhsul alır. Bu da ticarət müharibəsinin Rusiya üçün daha ağır olacağını göstərir. Son illər Rusiyadakı Azərbaycan diasporunun sayı azalıb. Oradan gələn pul köçürmələri ümumi transferlərin cəmi 11%-ni təşkil edir".
Oleq Şeyin sonda belə deyib:
“Azərbaycan iqtisadi cəhətdən müstəqildir. Bu da onu göstərir ki, çoxqütblü dünyada uğurla yaşamaq mümkündür – əsas odur ki, ölkələr bir-birinə bərabər yanaşsın”.
Fatimə Məmmədova
20:30 30.07.2025
Oxunuş sayı: 1363