Avstriya neytrallıqdan imtina edir? – nazir hökuməti ittiham etdi

Avstriyanın hazırkı hakimiyyətinin siyasi kursu ölkənin qanunla müəyyən edilmiş neytrallıq statusuna ziddir.
Crossmedia.az xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Karin Kneissl “Rossiya-24” telekanalına verdiyi müsahibədə səsləndirib.
Xatırladaq ki, bir müddət əvvəl Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinger ölkənin təhlükəsizlik siyasətinin gələcəyi ilə bağlı ictimai müzakirəyə açıq olduğunu, NATO-ya üzvlüyün də bu çərçivədə müzakirə olunmasının “yetərincə məhsuldar” ola biləcəyini demişdi.
Kneissl həmin açıqlamaya münasibət bildirərək vurğulayıb ki, bu sözlər təsadüfi deyil, Avstriyanın son üç ildəki siyasi strategiyasının nəticəsidir. Onun sözlərinə görə, ölkə artıq neytral mövqeyindən uzaqlaşıb və NATO-nun silah tədarükü üçün öz ərazisində tranzit dəhlizi açmaqla faktiki olaraq neytrallıq prinsipini pozub.
Nigar Rəhimova
17:13 30.07.2025
Oxunuş sayı: 1449