Tehranda su tükənmək üzrədir

İran
genişmiqyaslı su böhranı ilə üzləşib: çaylar quruyub, su anbarları demək olar
ki, boşdur, onlarla şəhərdə suyun verilməsinə məhdudiyyətlər tətbiq olunub.
Crossmedia.az
xarici mətbuata istinadən xəbər verir ki, hökumət humanitar fəlakət riskindən və
paytaxtın bir həftəlik “bağlanması” ehtimalından danışıb. Bu isə məktəblərin və
dövlət qurumlarının fəaliyyətinin dayandırılmasını nəzərdə tutur.
Müzakirə
edilən tədbirlər arasında əməkdaşların distant rejimə keçirilməsi, iş həftəsinin
qısaldılması və hətta paytaxtın başqa yerə köçürülməsi də var.
Pərvin
Hacıyeva
19:24 29.07.2025
Oxunuş sayı: 1437