Tailand-Kamboca sərhədində insident: 18 kambocalı hərbçi təslim oldu

Tailand
və Kamboca arasında atəşkəs elan olunmasına baxmayaraq, sərhəddə toqquşma baş
verib. Hadisə Tailandın Sisaket vilayətində yerləşən sərhəd bölgəsində qeydə
alınıb.
Crossmedia.az
xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb .
Bildirək
ki, Tailand Quru Qoşunlarının komandanlığının rəsmi nümayəndəsi Vintxay Suvari
“The Nation” qəzetinə bildirib ki, qarşıdurma zamanı azı 18 kambocalı hərbçi Tailand Kral Ordusuna təslim olub. Onun sözlərinə
görə, Tailand hərbçiləri kambocalı əsgərləri silahsızlaşdırıb və onlara beynəlxalq
humanitar prinsiplərə uyğun şəkildə davranıblar.
Vintxay
Suvari qeyd edib ki, bu təslim olma faktı Kamboca tərəfindən edilən artilleriya
və atıcı silahlarla hücumun dəf edilməsindən sonra baş verib.
Qeyd
edək ki, Tailand ordusu qarşı tərəfin mövqelərini ələ keçirdikdən sonra ərazidə
2 kambocalı hərbçinin cəsədi aşkar olunub, 18 əsgər isə müqavimət göstərmədən təslim
olub.
Fatimə
Məmmədova
17:18 29.07.2025
Oxunuş sayı: 1461