İsti hava şəraiti həftə sonunadək davam edəcək

Həftə
sonunadək Azərbaycanda isti hava şəraitinin davam edəcək.
Crossmedia.az
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb.
Havanın
maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, avqustun 2-3-də
40 dərəcəyə yaxın, dağlıq rayonlarda 29-34, Mərkəzi aran, eyni zamanda Naxçıvan
MR-da isə 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti olacağı gözlənilir.
Abşeron
yarımadasında, o cümlədən Sahilyanı ərazilərdə cənub-şərq küləklərinin
üstünlüyü gözlənilir ki, bu da havada nisbi rütubətin yüksəlməsinə və durğun
hava şəraitinin olmasına səbəb olacaq.
17:03 29.07.2025
Oxunuş sayı: 1232