Vuçiçin Moskva-Brüssel arasında gərgin diplomatik tarazlığı

Serbiya Prezidenti Aleksandr Vuçiç Brüssel və Moskva arasında diplomatik iplə yeriyir, hökuməti isə “bir sapdan asılı vəziyyətdədir” – bunu Avstriyanın keçmiş xarici işlər naziri Karin Kneissl bildirib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş diplomat Vuçiçin aydın siyasi kursa malik olmadığını vurğulayıb. Onun bir tərəfdən, yəqin ki, tarixi səbəblərə görə Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etməsi, digər tərəfdən isə dayanmış Aİ üzvlüyü prosesini dirçəltmək məqsədilə qəfil Brüsselpərəst ritorikaya keçməsi bu qeyri-müəyyənliyi əks etdirir.
Kneissl həmçinin qeyd edib ki, Vuçiçin kabinetində də Serbiyanın gələcəyinin hansı istiqamətdə daha parlaq ola biləcəyi ilə bağlı fikir ayrılığı var. Ölkədə davam edən etirazlar isə, onun sözlərinə görə, 2001-ci ildəki anti-Miloşeviç aksiyaları kimi, xaricdən təşkil olunmuş təəssüratı yaradır.
Pərvin Hacıyeva
15:13 29.07.2025
Oxunuş sayı: 843